Vyananın ukraynalı qaçqınları qəbul edən sonuncu mərkəzi bağlanacaq

Vyananın ukraynalı qaçqınları qəbul edən sonuncu mərkəzi bağlanacaq backend

Vyana hakimiyyəti 2025-ci ilin sonuna qədər ukraynalı qaçqınların qəbulu üçün sonuncu mərkəzi bağlamaq qərarına gəlib.

Qaziler.az  bildirir ki, bu barədə oktyabrın 20-də Avstriyanın ORF nəşri məlumat yayıb.

Bildirilib ki, Quartier Schlossberg adlanan və cəmi 200 nəfərin yerləşə biləcəyi mərkəzdə hazırda sıxlıq müşahidə olunur.

“Qəbul mərkəzinin açılışından indiyədək 8900 köçkün ukraynalıya yardım göstərilib”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, mərkəz qaçqınlar üçün qısamüddətli yaşayış, yemək, hüquqi məsləhət və digər xidmətlər göstərib.

QAZİLER.AZ