ABŞ hərbi məsləhətçiləri İraqda qalacaq

ABŞ hərbi məsləhətçiləri İraqda qalacaq backend

ABŞ hərbi məsləhətçilərindən ibarət kiçik bir contingent İŞİD-lə mübarizə üçün İraqda qalacaq.

APA “Al Arabiyya” kanlına istinadən xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani deyib.

Onun sözlərinə görə İraqdakı hərbi məsləhətçilər Suriyada İŞİD-lə mübarizə aparan ABŞ qüvvələri ilə koordinasiyada olacaq.

Baş nazir sözügedən kontingentin 250-350 arası şəxsi heyətə malik olduğunu bildirib.

Qeyd edək ki, ötən il rəsmi Bağdad və Vaşinqton arasında İraqda ABŞ hərbi qüvvələrinin sayını bu ilin sentyabrına qədər azaldılmasını nəzərdə tutan razılaşma əldə olunmuşdu.

Sudani əvvəlcə bütün amerikan qüvvələrini İraqı tərk etməsinin nəzərdə tutulduğunu, lakin son zamanlarda Suriyada müşahidə olunan hadisələr fonunda onların bəzilərinin İraqda qalması ilə əlaqədar qərar qəbul olunduğunu bəyan edib.