ABŞ dövlət katibi Marko Rubio bir neçə gündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə bilər.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Adı açıqlanmayan mənbənin nəşrə verdiyi məlumata görə, oktyabrın 17-də cümə günü keçirilən görüşdə ABŞ rəsmiləri Rubionun Lavrovla cümə axşamı, oktyabrın 23-də görüşməyi planlaşdırdığını bildiriblər.
Dövlət Departamenti Reuters-in bu məlumatla bağlı şərh sorğusuna cavab verməyib.
Xatırladaq ki, oktyabrın 16-da cümə axşamı ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Danışıqlardan sonra Tramp yüksək səviyyəli ABŞ və Rusiya rəsmilərinin görüşünü təşkil etmək barədə razılığa gəldiklərini açıqlayıb. Amerika liderinin sözlərinə görə, bu görüş bu həftə baş tutacaq, dövlət katibi Marko Rubio ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Tramp Putinlə Budapeştdə görüşəcəyini də əlavə edib. Bu görüşün dəqiq tarixi hələ məlum deyil.
QAZİLER.AZ