ABŞ-nin vitse-prezidenti sabah İsrailə səfər edəcək

ABŞ-nin vitse-prezidenti sabah İsrailə səfər edəcək backend

ABŞ-nin vitse-prezidenti Jey Di Vens sabah İsrailə səfər edəcək.

"Report"un İsrail KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin hava limanları idarəsinin bu gün yaydığı bəyanatda bildirilib.

Bəyanatda onun Təl-Əvivdəki Ben-Qurion beynəlxalq hava limanına gəlişinə hazırlıq görüldüyü bildirilir.

Nə Ağ Ev, nə də baş nazirin ofisi səfərlə bağlı məlumatı təsdiqləməyib.