ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib YENİLƏNİB

ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib YENİLƏNİB backend

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

 

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

 

O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.

 

Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".

 

20:37

 

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.

 

"Report" xəbər verir ki, bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.

 

Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.

 

20:10

 

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

"Report" xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

 

Onun sözlərinə görə, səslərin 48,19 faizi hesablanıb.

 

Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman alıb. O, səslərin 63,38 faizini alıb. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,27 faiz səs toplayıb.

 

19:15

 

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.

 

"Report" bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, səsverməyə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekun vurulub.

 

11:03

 

Şimali Kipr Türk Respublikasında (ŞKTR) prezident seçkiləri keçirilir.

 

"Report" "Haber Global"a istinadən xəbər verir ki, vətəndaşlar seçkinin birinci turu üçün səhər saat 8:00-da səs verməyə başlayıblar və axşam saat 18:00-a qədər səs verə bilərlər.

 

Ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. 218 min 313 seçicinin olduğu KKTC-də prezident seçilmək üçün etibarlı səslərin sadə əksəriyyəti tələb olunur.

 

Hər hansı namizəd birinci turda 50% + 1% səs toplasa, prezident seçiləcək.

 

Namizədlərdən heç biri mütləq səs çoxluğu əldə etməsə, birinci turda ilk iki yeri tutan namizəd yeddi gün ərzində keçiriləcək ikinci tur seçkidə iştirak edəcək.

 

İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutmaq hüququ qazanacaq.

 

Beş-i müstəqil olmaqla seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ersin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.