Pakistan və Əfqanıstan nümayəndə heyətləri oktyabrın 25-də yenidən görüşəcək.
APA-nın “Geo.tv”-yə istinadən verdiyi xəbərə görə, bunu Pakistan müdafiə naziri Xavac Asif bildirib.
Bundan əvvəl dünən Dohada Qətər və Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə tərəflər atəşkəs barədə razılığa gəliblər.
Qətər və Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkürünü çatdıran Xavac Asif deyib ki, İstanbulda yenidən görüşərək bütün detalları müzakirə edəcəklər.