Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə rəhbərlik edəcək ölkə məlum oldu

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə rəhbərlik edəcək ölkə məlum oldu backend

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə Misir rəhbərlik edəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The Guardian" mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, Azərbaycan, Türkiyə və İndoneziya da sabitləşdirmə korpusu sıralarına əhəmiyyətli sayda hərbçi göndərəcək.

Məlumata görə, ABŞ və Avropa ölkələri Qəzza üçün beynəlxalq kontingentin formalaşdırılması və onun səlahiyyətlərinin dəqiq müəyyən edildiyi qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasının səsverməsinə çıxaracaqlar.

Qeyd olunur ki, Vaşinqton korpusun BMT mandatına malik olmasında israr edir.