Britaniya da İŞİD-i vurmağa hazırlaşır

Britaniya da İŞİD-i vurmağa hazırlaşır backend

Bu gün Böyük Britaniya parlamentində bu ölkənin Suriyadakı hərbi əməliyyatlara qatılıb-qatılmayacağı məsələsi üzrə səsvermə keçiriləcək. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözü gedən məsələnin parlamentin dəstəyini qazanacağı təqdirdə, Krallığın Hərbi Hava Qüvvələri İŞİD mövqelərinə ilk zərbəni bu qərarın qəbulundan bir sutka sonra endirməyə başlaya bilər.

Bu arada İngiltərənin baş naziri Devid Kemeron onun özü tərəfindən irəli sürülən bu təşəbbüsə münasibət bildirib: "Məsələnin hərbi yolla həlli yoxdur. Bizim atdığımız addımlar isə siyasi, diplomatik və humanitar dəstəyin verilməsini hədəfləyən geniş srategiyanın tərkib hissəsidir. Bütün bunların məqsədi yalnız Suriyada sülhün bərqərar edilməsi yox, milli maraqlarımızın müdafiəsi, o cümlədən terror təhlükəsinin aradan qaldırılmasından ibarətdir".

Yerüstü əməliyyatlarda isə İngiltərənin baş naziri Azad Suriya Ordusu ilə əməkdaşlığa ümid edir. İŞİD-ə qarşı mübarizəyə yeni qoşulan Almaniyada olduğu kimi, İngiltərədə də Bəşər Əsədlə hər hansı əməkdaşlığı istisna edirlər. Bütün bunlarda isə NATO nə Berlin, nə də Londonun barəsində açıq şəkildə danışmaq istəmədiyi tendensiyanı görür. Öz növbəsində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO bu silah komplekslərini yerləşdirmiş Rusiyanın bölgədə güclənməsini və hərəkətlərini diqqətdə saxlayır. Bu isə alyansın regionda hərbi iştirakını şərtləndirən əsas səbəblərdən biridir.

Diaspora