Rusiyada türk xalça zavodunun işi dayandırıldı

Rusiyada türk xalça zavodunun işi dayandırıldı backend

Rusiyanın Rostov şəhərində xalça istehsalı ilə məşğul olan türk zavodu qapadılıb. Avropa.info xəbər verir ki, zavodda işlər polis basqınından sonra dayanıb. Rusiya polisi “saxta məhsul” axtarışında imiş. Bu haqda “Merinos” şirkətinin direktoru bildirib.

Polis işçiləri dəzgahlar üçün proqram təminatı yazılmış serverləri özləri ilə aparıblar. Bu texnika olmadan isə işləmək mümkün deyil. Serverlərlə yanaşı buxalteriya sənədləri də müsadirə edilib.

“Merinos” şirkəti Rostov-na-Donu şəhərində 2005-ci ildə açılıb. Müəssisədə 400 nəfər işləyir. Şirkət xalça və xalça məhsullarının istehsalı ilə məşğuldur.
Diaspora