HƏMAS daha bir girovun cəsədini İsrailə təhvil verib

HƏMAS daha bir girovun cəsədini İsrailə təhvil verib backend

Fələstinin HƏMAS radikal hərəkatı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının vasitəçiliyi ilə Qəzza bölgəsində İsrail hərbçilərinə anklav ərazisində öldürülmüş daha bir girovun qalıqları olan tabutu təhvil verib.

"Report"un məlumatına görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata əsasən, hərbçilər tabutu yaxın vaxtlarda İsrail ərazisinə çatdıracaq və burada məhkəmə ekspertləri qalıqların eyniləşdirilməsi prosedurunu həyata keçirəcəklər.

Cəsədi təhvil verilmiş öldürülən şəxsin adı hələlik açıqlanmayıb.