HAMAS hərəkatı ölən israilli girovlardan daha birinin qalıqlarını yerli vaxtla saat 23:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
APA xəbər verir ki, bu barədə hərəkatın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının “Telegram” kanalında məlumat verilib.
"Girovlardan birinin cəsədi bu gün Qəzza zolağında tapılıb və saat 23:00 radələrində tibbi heyətə təhvil veriləcək", - bəyanatda deyilir.
Qalıqları BQXK-ya təhvil veriləcək girovun adı açıqlanmayıb.