ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı həmkarının geyiminə tərif söyləməkdən çəkinməyib.
Qaziler.az xəbər verir ki, “Fox News” görüşü “YouTube”da canlı yayımlayıb.
Tramp söhbət əsnasında qeyd edib ki, Zelenskinin pencəyi çox qəşəngdir və o bunu bəyənir.
"Düşünürəm ki, o, bu gödəkçədə əla görünür və ümid edirəm ki, insanlar bunu fərq etdi. O, əslində çox dəblidir və mənim bundan xoşuma gəldi", - Tramp Ağ Evdə Zelenski ilə nahar zamanı deyib.
QAZİLER.AZ