Tramp Putinlə niyə Macarıstanda görüşəcəyini açıqlayıb

Tramp Putinlə niyə Macarıstanda görüşəcəyini açıqlayıb backend

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüş üçün Macarıstanı seçməsini bu ölkənin baş naziri Viktor Orbanın qonaqpərvərliyi ilə izah edib.

Qaziler.az xəbər verir ki, CBS telekanalının məlumatına görə bu barədə Amerika lideri ukraynalı həmkarı Volodimir Zelenski ilə Vaşinqtonda görüşü zamanı bildirib.

"Viktor Orbanı bəyənirik. Putin də onu bəyənir, mənim də ondan xoşum gəlir. Ora təhlükəsiz ölkədir", - Tramp bildirib.

Amerika liderinin sözlərinə görə, Orban yaxşı liderdir və Macarıstanın digər ölkələrin sahib olduğu qədər problemləri çox deyil. Tramp, həmçinin Orbanın iki siyasətçi arasındakı görüşdə çox yaxşı ev sahibi olacağını təxmin edib.

Qeyd edək ki, oktyabrın 17-də Zelenski ilə Tramp arasında Vaşinqtonda görüş keçirilib. Bu, 2025-ci ildə keçirilən üçüncü görüşdür. Bir gün əvvəl isə Tramp Rusiya prezidenti Vladimir Putinlə uzun telefon danışığı aparıb, bundan sonra tərəflər Budapeştdə görüşməyə razılaşıblar.

QAZİLER.AZ