Britaniya kralı 500 illik ənənəni pozdu

Britaniya kralı 500 illik ənənəni pozdu backend

Böyük Britaniya kralı III Çarlz son 500 ildə ilk dəfə Papa ilə birlikdə hər kəsin qarşısında dua edən İngiltərənin hökmran monarxı olacaq.

Qaziler.az bildirir ki, bu haqda “Guardian” qəzeti yazıb.

Nəşr qeyd edib ki, səfər III Çarlzın rəhbəri olduğu Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasında münasibətlərdə əlamətdar məqam kimi qiymətləndirilir.

Qəzet yazır ki, başqa bir xoşməramlı jest kimi kralın Papa tərəfindən təsdiqlənmiş bazilikanın baş rahibinin monastrın “kral yoldaşı” olmaq təklifini qəbul etməsidir.

Səfərin əsas məqamı Kral III Çarlz və Papa XIV Leonun birgə dua edəcəyi Sikstin kapellasında birgə dini ayin mərasimi olacaq. Jurnalistlərin fikrincə, sonuncu dəfə belə bir hadisə beş əsrdən çox əvvəl, 1509-cu ildə İngiltərə taxtına çıxan VIII Henrinin hakimiyyəti dövründə baş verib.

QAZİLER.AZ