ABŞ özünün “Tomahawk” qanadlı raketlərini Ukraynaya çatdırmaqda çətinlik çəkir.
Qaziler.az bildirir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazır.
Jurnalistlər bunun Çinlə bağlı ola biləcəyini düşünürlər. Onlar qeyd ediblər ki, ABŞ prezidenti Donald Trampın həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Ukraynaya yardım göstərmək imkanları məhduddur.
“Cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl ABŞ Prezidenti Donald Trampın Ukraynaya bu vaxta qədər olduğundan daha əhəmiyyətli dəstək vermək imkanları azdır. Bunun səbəbi Pekindədir”, - nəşr qeyd edib.
Məqalə müəlliflərinin qeydinə görə, Çin nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoymaqla Amerikanın müdafiə sənayesinə zərbə vurub. Çünki ABŞ-nin hərbi texnika və yüksək texnologiyalı məhsulların istehsalı üçün onlara ehtiyacı var.
QAZİLER.AZ