Fransada 12 yaşlı qızı öldürən qadın məhkəmə qarşısına çıxarılacaq

Fransada 12 yaşlı qızı öldürən qadın məhkəmə qarşısına çıxarılacaq backend

Fransada 27 yaşlı Əlcəzair vətəndaşı Dahbiya Benkired 12 yaşlı məktəbli Lola Davierin qətlinə görə mühakimə olunur.

Qaziler.az bildirir ki, bu barədə "Le Parisien" məlumat verir.

İşə Paris Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə zamanı Benkired artıq günahını və bir sıra ittihamları etiraf edib. O, uşağı zorladığını, işgəncə verdiyini və öldürdüyünü etiraf edib.

O, uşağı qayçı ilə öldürdüyünü bildirib.

"Mən bütün ailədən üzr istəyirim. Etdiklərim dəhşətlidir və peşmanam", - Benkired deyib.

Əlcəzair vətəndaşı müdafiəsində kasıb ailədə böyüdüyünü və gənc yaşlarında da zorakılığa məruz qaldığını bildirib. O, qadağan edilən maddələrdən istifadə etdiyini də etiraf edib.

QAZİLER.AZ