Amerikalı aktyor Ed Uilyams vəfat edib

Amerikalı aktyor Ed Uilyams vəfat edib backend

Bütün “Çılpaq silah” filmində rol alan amerikalı aktyor Ed Uilyams vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə “The Hollywood Reporter” Uilyamsın nəvəsi Stefaninin açıqlamasına istinadən məlumat yayıb.

"Uilyams oktyabrın 2-də Los-Ancelesdə vəfat edib", - məlumatda deyilir.

Öləndə onun 98 yaşı var idi.

Ed Uilyams 1926-cı ildə Kaliforniyada anadan olub. O, Lesli Nilsenin baş rolda oynadığı "Çılpaq silah" film seriyayalarındakı performansı ilə şöhrət qazanıb. Filmldə Uilyams polis rolunu oynayıb. O, digər filmlərdəki keşiş, vaiz və nazir rolları ilə də tanınır.

QAZİLER.AZ