Argentinada deputatlığa namizəd canlı debat zamanı ölüb

Argentinada deputatlığa namizəd canlı debat zamanı ölüb backend

Argentinada "Radikal Vətəndaş Birliyi" (UCR) partiyasının namizədi Ernán Damiani canlı debat zamanı ürək tutmasından dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə İspaniyanın "20minutos" qəzeti  məlumat yayıb.

Hadisə Damianinin digər namizədlərlə birlikdə iştirak etdiyi "La Casa del Streaming" telekanalında yayımlanan "Dólar Blue" proqramı zamanı baş verib.

Şahidlərin dediyinə görə, o, debat başlayandan qısa müddət sonra halı pisləşib. Deputatlığa namizəd Posadasdakı Madariaga xəstəxanasına aparılıb və həkimlər onun öldüyünü bildiriblər.

QAZİLER.AZ