"Johnson & Johnson" məhkəməyə verildi

"Johnson & Johnson" məhkəməyə verildi backend

Böyük Britaniyanın 3 minə yaxın sakini Amerikanın Johnson & Johnson (J&J) əczaçılıq korporasiyasını tərkibində asbest olan uşaq pudrası satmaqda ittiham edərək məhkəməyə verib.

Qaziler.az-ın məlumatına görə, “The Guardian” xəbər verir ki, istehlakçılar J&J şirkətinin istehsalı olan “Johnson's Baby Powder” məhsulunun istifadəsi səbəbindən onların və ya yaxınlarının xərçəng xəstəliyinə tutulduğunu iddia edirlər.

Qəzetin sitat gətirdiyi hüquqşünaslar hesab edirlər ki, J&J və onun törəmə şirkətləri Johnson & Johnson Management və Kenvue UK öz məhsullarında bilərəkdən asbest tərkibli talk istifadə etmək məsuliyyətini öz üzərinə götürməlidir.

Hüquqşünaslar həmçinin qeyd ediblər ki, şirkət 2023-cü ildən bəri tərkibindəki talkı qarğıdalı nişastası ilə əvəz etməklə uşaq pudrasının sağlamlıq risklərini gizlədir.

2022-ci ildə "Johnson & Johnson"un 2023-cü ildən başlayaraq qlobal olaraq talk əsaslı uşaq pudrasının satışını dayandıracağı bildirmişdi.

QAZİLER.AZ