Zelenski ABŞ-a gedib

Zelenski ABŞ-a gedib backend

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfər edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna mənbələrə və prezidentin rəsmi Telegram-kanalındakı paylaşıma istinadən məlumat yayıb.

RBC-Ukrayna mənbəsi bildirib ki, Ukrayna lideri ABŞ-a planlaşdırılan səfər üçün oktyabrın 16-da axşam gəlib.

"Bu gün biz müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcəyik və bunlar bizim müdafiəmizi gücləndirə biləcək güclü silah istehsalçılarıdır. Xüsusilə, biz hava hücumundan müdafiə sistemlərinin əlavə təchizatını müzakirə edəcəyik", - prezident vurğulayıb.

O, həmçinin Amerikanın enerji şirkətlərinin nümayəndələri ilə görüşün anonsunu verib.

“Prezident Trampla sabaha planlaşdırılan görüşümüz var və ümid edirik ki, Yaxın Şərqdə işləyən terror və müharibənin qarşısının alınması üçün əldə olunan təkan Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağa kömək edəcək”, - Zelenski bildirib.

O, qeyd edib ki, Putin “əlbəttə ki, HƏMAS və ya hər hansı digər terrorçudan daha cəsarətli deyil”.

Onun sözlərinə görə, “güc və ədalət dili Rusiyaya münasibətdə mütləq işləyəcək”.

QAZİLER.AZ