Tramp deyib ki, HƏMAS insanları öldürməyə davam edərsə, ABŞ bu radikal qruplaşmanı məhv edə bilər.
ABŞ prezidenti Donald Tramp Vaşinqton HƏMAS-ı məhv etməyə hazır olduğunu deyib. Radikal qrup sülh razılaşmasına zidd olaraq insanları öldürməyə davam edərsə, bu ssenari mümkündür.
Qaziler.az bildirir ki, Amerika lideri bunu TruthSocial sosial media platformasında yazıb.
“Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam edərsə – bu razılaşmanın bir hissəsi deyildi – bizim içəri girib onları öldürməkdən başqa çarəmiz qalmayacaq”, – Tramp yazıb.
QAZİLER.AZ