Hakan Fidan və Rubio Qəzza sazişinin icrasını müzakirə edib

Hakan Fidan və Rubio Qəzza sazişinin icrasını müzakirə edib backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Apa-nın Türkiyə bürosunun məlumatına görə, telefon danışığında əsas müzakirə mövzusu Qəzzada atəşkəs məsələsi olub.

Bundan əlavə, regional vəziyyət, o cümlədən Şarm əl-Şeyxdə Qəzzada atəşkəslə bağlı yekun sazişin icrası istiqamətində atılan addımlar, Rusiya–Ukrayna müharibəsi və İranın nüvə proqramı gündəlikdə yer alıb.