ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıq aparır.
"Report" xəbər verir ki, bu barədə Trampın özü "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"Hazırda Prezident Putinlə danışıram. Söhbət davam edir və kifayət qədər ətraflıdır. Söhbətin sonunda Prezident Putin kimi mən də məlumat verəcəyəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", - o qeyd edib.
18:25
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbəyə istinadən bildirib.
Qeyd olunub ki, telefon danışığı ABŞ Prezidenti ilə Ukrayna lideri Volodimir Zelenski arasında sabahkı görüşdən əvvəl baş tutacaq.
Donald Tramp oktyabrın 17-də Ağ Evdə Zelenski ilə görüşəcək. Onların söhbətinin mövzularından birinin Kiyevə "Tomahawk" qanadlı raketlərinin tədarükü ilə bağlı olacağı gözlənilir.