Husilərin Baş qərargah rəisi öldürülüb - YENİLƏNİB

Husilərin Baş qərargah rəisi öldürülüb - YENİLƏNİB backend

Gələcəkdə də Husilərin İsrailə qarşı təhdidlərinin qarşısı alınacaq.

Apa xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz Husilərin Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmarinin ölümünə münasibət bildirərkən deyib.

O, Əbdül Kərim əl-Ğəmarinin avqustda İsrailin Yəmənə aviazərbələri nəticəsində ağır yaralandığını təsdiqləyib.

“Mən hərbi kəşfiyyatın “Husi müharibə otağı”na baş çəkdim və hərbi kəşfiyyatın rəisi general-mayor Şlomi Binderə, eləcə də digərlərinə mükəmməl işlərinə görə təşəkkür etdim. Biz təhdidləri aradan qaldırmaq üçün Husilərə qarşı geniş şəkildə tədbirlər görmüşük və gələcəkdə də hər bir təhdidi neytrallaşdırmaq üçün eyni işi görəcəyik”, - Katz vurğulayıb.

***

 

16:42

Yəmən Husilərinin Baş qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari öldürülüb.

APA xəbər verir ki, bu barədə Husilər məlumat yayıb.

Onun öldürülməsinin detalları açıqlanmayıb.

Husilər Ğəmarinin ölümündə İsraili ittiham edib və bu ölkə ilə mübarizənin davam edəcəyini bəyan ediblər.