Yunanıstan parlamenti 13 saatlıq iş gününə icazə verən qanun layihəsini təsdiqləyərək, Yunanıstanı özəl sektorda belə praktikanı qanuniləşdirən ilk Aİ ölkəsi olub.
Qaziler.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, yeni əmək qanununun qəbulu qızğın müzakirələr və sosial iğtişaşlarla müşayiət olunub. Həmkarlar ittifaqları qanunun “müasir işçini gücsüz və həyatdan məhrum olmuş işçiyə çevirdiyini”, səkkiz saatlıq iş gününü faktiki olaraq ləğv etdiyini iddia edərək, bu qanunu qətiyyətlə pisləyiblər.
Yunanıstanın əmək naziri Niki Kerameos izah edib ki, bu cədvəl ilin yalnız 37 günü üçün tətbiq oluna bilər və işəgötürənlər saatlıq əmək haqqının 40%-ni kompensasiya etməlidirlər.
QAZİLER.AZ