Ukraynada Çerniqov Şəhər Şurası ABŞ prezidenti Donald Trampın şərəfinə “Skazka” (Nağıl) parkının adını dəyişib.
Qaziler.az bu barədə “Suspilne Cherniqiv” qəzetinə istinadla xəbər verir.
"Çerniqovda indi Tramp parkı var. Növbəti addım ABŞ prezidentinə və onun ailəsinə müraciət etməkdir", - Çerniqov Şəhər Şurasının üzvü Mariya Sokolova yazıb.
Deputatlar görkəmli müasir siyasi liderləri şərəfləndirmək üçün parkın adını dəyişiblər.
Məlumata görə, şəhər sakinləri bu tədbiri qanunsuz adlandırırlar. Qeyd olunub ki, qanunvericilik obyektlərə canlı insanların adının verilməsini qadağan edir. Həmçinin parkın adının dəyişdirilməsindən əvvəl toponimiya komissiyasının iclası və ya təşəbbüsün ictimai müzakirəsi keçirilməyib.
Çerniqovda "Skazka" (Nağıl) parkı 2018-ci ildə Şerstyanka rayonunda, Çerniqovşerst sənaye müəssisəsinin yaxınlığında açılıb.
QAZİLER.AZ