Girovluqda olan qadın İsrail əsgərlərinin zorakılığından danışıb

Girovluqda olan qadın İsrail əsgərlərinin zorakılığından danışıb backend

İsveçdən olan fəal Qreta Tunberq və Sumud flotillasının digər fəalları İsrail həbsxanasında işgəncələrə məruz qalıblar.

Qaziler.az xəbər verir ki, bu barədə Qreta Tunberq İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində danışıb.

Tunberq bildirib ki, İsrail əsgərləri həbsdən əvvəl və sonra da onlarla aqressiv davranıblar.

"Məni digərlərindən uzağa, başqa tərəfə sürüklədilər. Üstümə İsrail bayrağı atdılar, məni vurub təpiklədilər", - girovluqda olan qadın deyib.

Fəalın sözlərinə görə, İsrail əsgərləri dəfələrlə ona “balaca fahişə” deyə bağırıblar.

“Onlar mənim çamadanımı götürüb içindəki hər şeyi Fələstinlə əlaqəsi olduğunu düşünərək atdılar. Mənə baxaraq həmin əşyaları yavaş-yavaş xırda parçalara ayırırdılar”, - Tunberq əlavə edib.

Xatırladaq ki, oktyabrın 3-də İsrail humanitar missiya ilə Qəzza zolağına gedən təxminən 40 Sumud gəmisini ələ keçirmişdi. Gəmidə olan fəallar, o cümlədən Qreta Tunberq saxlanılmışdı.

QAZİLER.AZ