Peskov: "Moskva Nyu-Dehlinin açıqlamalarını əsas tutur"

Peskov: "Moskva Nyu-Dehlinin açıqlamalarını əsas tutur" backend

"Rusiya tərəfi ilk növbədə Rusiya neftinin alması ilə bağlı Hindistanın bəyanatlarını rəhbər tutur".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib. Bu, onun ABŞ prezidenti Donald Trampın Hindistanın Baş naziri Narendra Modinin Rusiya enerji təchizatından imtina edəcəyinə dair iddiasına cavabı olub.

Peskov xatırladıb ki, Nyu-Dehli artıq Rusiyanın yanacaq tədarükü ilə bağlı mövqeyini dəqiqləşdirib.

"Burada yəqin ki, daha çox Hindistan Xarici İşlər Nazirliyinin Trampın bəyanatından sonra verdiyi açıqlamaya diqqət yetirməliyik. Bu əslində Yeni Dehlinin dəyərləndirilməsidir. Daha yaxşısı buna diqqət yetirməkdir”, - Kreml sözçüsü bildirib.

QAZİLER.AZ