Türkiyə və bir sıra ölkələr ölən girovların qalıqlarının qaytarılmasına kömək etmək üçün Qəzza zolağına ekspertlər göndərəcək.
"Report"un məlumatına görə, bunu "Axios"un müxbiri Barak Ravid ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı iki məmura istinadən "X" sosial şəbəkəsində yazıb.
Onların sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatı meyitlərin qaytarılması ilə bağlı razılaşmanı hələ pozmayıb.
"Onlar bildirdilər ki, Qəzzada bu cür axtarış əməliyyatları üçün lazım olan ağır texnika yoxdur. HƏMAS-ın bütün ölən girovlara çatması faktiki olaraq mümkün deyil", - rəsmilərdən biri deyib.
Jurnalistin fikrincə, ABŞ fələstinlilərə girovların meyitlərinin çıxarılmasına kömək edən məlumatlara görə mükafat verəcək.
Bundan əvvəl radikallar daha iki girovun meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil veriblər. Hərəkat 10 nəfərin meyitini geri qaytarıb, lakin daha 19 girovun meyiti Qəzza zolağında qalıb. HƏMAS-ın hərbi qanadı bəyan edib ki, o, bütün canlı girovları, eləcə də əllərindəki bütün meyitləri İsrailə qaytarıb.
"Qalan meyitlərin çıxarılması və daşınması əhəmiyyətli səy və xüsusi avadanlıq tələb edir. Biz bu problemi həll etmək üçün səylər göstəririk", - AFP qrupun bəyanatına istinadən yazıb.