İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər - Tramp

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər - Tramp backend

ABŞ prezidenti Donald Tramp HAMAS-ın atəşkəs razılaşmasına əməl etmədiyi təqdirdə İsrailə Qəzzada hərbi əməliyyatları bərpa etməyə icazə verəcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə CNN-ə müsahibəsi zamanı danışıb.

“Mən bu sözü deyən kimi İsrail Qəzza küçələrinə qayıda bilər”, - Tramp deyib.

O vurğulayıb ki, onun məlumatına görə, HAMAS hərəkatı həm diri, həm də ölü bütün girovları geri qaytarmağa məcbur edən razılaşmaya əməl etmir.

Qeyd edək ki, Trampın 20 bəndlik sülh planının dördüncü bəndinə əsasən, bütün girovlar İsrailin razılaşmaya açıq razılıq verməsindən sonra 72 saat ərzində geri qaytarılmalıdır.