Pentaqon rəhbərinin təyyarəsi həyəcan siqnalı verib

Pentaqon rəhbərinin təyyarəsi həyəcan siqnalı verib backend

ABŞ-nin müdafiə naziri Pit Heqseti daşıyan “Boeing C-32” təyyarəsi texniki nasazlıq səbəbindən Böyük Britaniyada təcili eniş edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” Pentaqonun mətbuat katibi Şon panelə istinadən məlumat yayıb.

"Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və müdafiə naziri Heqset də daxil olmaqla göyərtəsində olanların hamısı təhlükəsizdir", - Parnell bildirib.

O, hadisəyə təyyarənin ön şüşəsindəki çatın səbəb olduğunu bildirib.

“Flightradar”ın məlumatına görə, Heqsetin təyyarəsi NATO-nun müdafiə nazirlərinin sammitinin keçirildiyi Belçikadan yola düşüb, lakin Atlantik okean üzərindən geri dönərək Böyük Britaniyaya enməyə məcbur olub.

QAZİLER.AZ