Afrika İttifaqı Madaqaskarın üzvlüyünü dayandırdı

Afrika İttifaqı Madaqaskarın üzvlüyünü dayandırdı backend

Afrika İttifaqı Madaqaskarda hərbi çevriliş baş verdikdən sonra onun strukturlarının fəaliyyətini müvəqqəti dayandırıb.

Qaziler.az bildirir ki, bu barədə TASS “Frans Press” agentliyinə istinadən xəbər verir.

"Madaqaskarın üzvlüyü bundan sonra dayandırılıb", - Afrika İttifaqı komissiyasının rəhbəri Mahamud Ali Yusuf jurnalistlərə açıqlamasında deyib.

Sentyabrın sonlarında Madaqaskar su və elektrik enerjisinin kəsilməsi səbəbindən etiraz dalğası ilə üzləşib. Antananarivo və digər iri şəhərlərin sakinləri dayanıqlı elektrik enerjisi və su təchizatının bərpasını tələb edərək küçələrə çıxıblar.

QAZİLER.AZ