Suriyanın keçid dövrünün lideri Əhməd əl-Şaraa Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşüb.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, görüş Moskva otellərindən birində keçirilib.
Oktyabrın 15-də Suriya prezidenti Əhməd əl-Şaraa ilk dəfə işgüzar səfər üçün Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlar iki saat yarımdan çox davam edib.
Danışıqlar zamanı Putin bəyan edib ki, Moskva Dəməşqlə münasibətlərində həmişə Suriya xalqının maraqlarını rəhbər tutub. O qeyd edib ki, Rusiya heç vaxt Suriya ilə münasibətlərin inkişafını hansısa xüsusi maraqlarla və ya siyasi mülahizələrlə əlaqələndirməyib.
QAZİLER.AZ