Argentinada məktəbdə edilən kimyəvi təcrübə partlayışa səbəb olub

Argentinada məktəbdə edilən kimyəvi təcrübə partlayışa səbəb olub backend

Argentinada keçirilən elmi sərgidə kimyəvi təcrübə partlayışla nəticələnib.

Qaziler.az bildirir ki, bu barədə TN kanalı xəbər verir.

Jurnalistlərin məlumatına görə, insident Palermo rayonundakı məktəbdə baş verib. Üç azyaşlı yanıq xəsarətləri alıb. Hadisə zamanı şagirdlərdən birinin anası da yaralanıb.

Ən çox xəsarəti 16 yaşlı gənc şagird alıb. O, üz və döş qəfəsindən yanıq xəsarətləri alıb.

QAZİLER.AZ