ABŞ pasportu qlobal “Henley Passport Index” reytinqində geriləyərək, bir neçə il ərzində ilk dəfə onluqdan çıxaraq 12-ci yeri tutub.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə illik indeksi tərtib edən konsaltinq şirkəti “Henley & Partners” məlumat yayıb.
ABŞ pasportu indi Malayziya pasportu ilə eyni mövqeyi bölüşür: hər iki pasportun sahibləri 180 ölkəyə gələrkən vizasız və ya viza ilə səyahət edə bilərlər. Bununla belə, bir neçə ölkənin eyni reytinqi paylaşdığını nəzərə alsaq, ABŞ faktiki olaraq ümumilikdə 38-ci yerdədir.
Sinqapur lider olaraq qalır, vətəndaşları 193 ölkəyə vizasız giriş əldə edir.
QAZİLER.AZ