Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, əsas məqsəd ölkədə insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə o, Rusiya hökumətinin üzvləri ilə görüşdə bildirib.
“Bütün bunlar regionların və bütün ölkənin davamlı inkişafı, əsas məqsədimizə – insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün lazımdır”, - deyə Rusiya lideri yol infrastrukturunun müasirləşdirilməsi ilə bağlı tədbirlərə toxunaraq bildirib.
QAZİLER.AZ