ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff onun Tramp administrasiyasını tərk etməsi ilə bağlı “Middle East Eye”nin yaydığı xəbəri yalan xəbər kimi qiymətləndirib.
Qaziler.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasında yazıb.
“Bu yazı 100% saxta xəbərdir”, - o vurğulayıb.
Uitkoff bildirib ki, “Middle East Eye”nin sözügedən məqaləsi dərhal silinməlidir.
Britaniyanın “The Middle East Eye” portalı Uitkoffun öz biznesinə diqqətini cəmləmək üçün Tramp administrasiyasını tərk edəcəyini yazıb.
QAZİLER.AZ