ABŞ və onun müttəfiqləri Ukrayna böhranının həllində irəliləyiş olmasa, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər görməyə hazırdırlar.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.
Şimali Atlantika Şurasının iclasından sonra Brüsseldə çıxış edən Pentaqon rəhbəri hərbi əməliyyatların davam edəcəyi təqdirdə Moskvaya əlavə xərclər tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.
“Bu münaqişə sona çatmasa, qısa müddətdə sülhə gedən yol yaranmasa, ABŞ və müttəfiqləri bu xərcləri Rusiyanın üzərinə qoymaq üçün addımlar atacaqlar”, - açıqlamada deyilib.
QAZİLER.AZ