Ukraynada müharibəyə son qoymaq Trampın əsas məqsədlərindən biridir - "Politico"

Ukraynada müharibəyə son qoymaq Trampın əsas məqsədlərindən biridir - "Politico" backend

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə uğurlu əsir mübadiləsindən sonra Ukraynada sülhün əldə olunmasının mümkünlüyünə “nikbin əhval-ruhiyyədədir”.

Qaziler.az bildirir ki, bu barədə  “Politico” məlumat yayıb.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi nəşrə bildirib ki, Yaxın Şərqdəki uğurun ardınca Tramp administrasiyası Ukraynadakı müharibəyə son qoymağa ümid edir.

“Prezident Tramp çoxdandır ki, əsirləri azad etdiyi və İsraillə HƏMAS arasında müharibəyə son qoyduğu kimi, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq istəyini ifadə edib”, - o vurğulayıb.

Ağ Ev sözçüsü vurğulayıb ki, Rusiya hərbi və iqtisadi mövqeyinə görə danışıqlar masasına oturmağa həvəsləndirilməlidir.

QAZİLER.AZ