Çərşənbə günü Pakistan və Əfqanıstan arasındakı qeyri-sabit sərhəddə yeni döyüşlər başlayıb. Ondan çox mülki şəxs və hərbçinin həlak olduğu bildirilir.
Qaziler.az bildirilir ki, bu barədə “Reuters” məlumat yayıb.
Son toqquşmalar 2021-ci ildə Taliban Kabildə hakimiyyəti ələ keçirdikdən sonra qonşular arasında ən şiddətli toqquşmadır.
Əfqanıstan "Taliban"ı ondan çox dinc sakininin öldürüldüyünü, 100-dən çoxunun isə yaralandığını iddia edib. Bunun çərşənbə günü səhər saatlarında Pakistan Silahlı Qüvvələrinin Spin Boldak bölgəsinə hücumları zamanı baş verdiyi iddia edilir.
Bu arada Pakistan Spin Boldak sərhədində yerləşən Çaman rayonunda Talibanların hücumları nəticəsində dörd mülki vətəndaşının yaralandığını bildirib.
Bu, başqa bir insidentdə əsgərlərlə yaraqlılar arasında döyüşə səbəb olub. Pakistanın Orakzai sərhəd bölgəsində 6 pakistanlı əsgər ölüb, 6-sı yaralanıb.
"Reuters"in məlumatına görə, həmçinin 9 silahlı öldürülüb.
QAZİLER.AZ