Fransada qadın ölü, başı kəsilmiş qonşusu ilə üç ay eyni mənzildə yaşayıb

Fransada qadın ölü, başı kəsilmiş qonşusu ilə üç ay eyni mənzildə yaşayıb backend

Fransanın Karpentras şəhərində ruhi xəstə qadın 3 ay ölü qonşusu ilə mənzildə yaşayıb. Bu müddət ərzində kişinin cəsədi mumiyalanıb və onun başı axtarış zamanı zibil qutusunda tapılıb.

Qaziler.az bildirir ki, bu barədə “La Provence” nəşri məlumat yayıb.

Hadisəyə rayon məhkəməsi baxıb.

“29 yaşlı Lila G. meyitin toxunulmazlığını pozduğuna görə onun iştirakı olmadan mühakimə olunub", -məlumatda deyilir.

İstintaqın məlumatına görə, Lila 2020-ci ilin iyul ayında psixiatriya xəstəxanasına yerləşdirilib. Qadının qonşuları mənzilindən gələn dəhşətli qoxu ilə bağlı onun qəyyumuna müraciət ediblər. Nəhayət, qoxunun mənbəyini tapmaq üçün təmizlik xidmətinə iki dəfə zəng etmək lazım gəlib. Məlum olub ki, 60 yaşlı kişi meyiti yardımçı otaqda, başı isə zibil qutusunda tapılıb.

Sonradan məlum olub ki, kişi təbii səbəblərdən ölüb. Lakin Lilu bunu səlahiyyətlilərə bildirmək əvəzinə meyitlə yaşamağa üstünlük verib.

QAZİLER.AZ