Niderland Ukraynaya əlavə 90 milyon avro ayıracaq: vəsait nəyə sərf olunacaq?

Niderland Ukraynaya əlavə 90 milyon avro ayıracaq: vəsait nəyə sərf olunacaq? backend

Niderland Ukraynaya 90 milyon avro dəyərində daha bir hərbi dəstək paketi hazırlayır. Vəsait kəşfiyyat və hücum pilotsuz təyyarələrinin istehsalına sərf olunacaq.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Brüsseldə NATO müdafiə nazirlərinin görüşü zamanı bildirib.

O vurğulayıb ki, Ukraynaya dəstək indi həmişəkindən daha vacibdir, çünki Ukraynanın enerji infrastrukturuna hər gün güclü hava hücumları qeydə alınır. Nazirin sözlərinə görə, ukraynalılar xəbərdarlıq ediblər ki, qarşıdan gələn qış müharibədən sonra ən ağır qış olacaq.

"Biz Ukraynaya davamlı yardım axınını təmin etməliyik. Niderland isə həmişəkindən daha çox işlər görür. Bir neçə gün əvvəl mən 200 milyon avro dəstək elan etdim. Bu gün pilotsuz təyyarələr üçün həm kəşfiyyat, həm də hücum üçün daha 90 milyon avroluq paket elan edəcəyəm", - Brekelmans bildirib.

QAZİLER.AZ