HƏMAS hərəkatının tərksilah edilməsi girovların qaytarılmasından sonra sülh prosesində növbəti mühüm mərhələ olacaq.
Trend xarci KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu CBS telekanalına müsahibəsində deyib. O qeyd edib ki, ilk növbədə HƏMAS silahlarını yerə qoymalı, ikinci olaraq isə Qəzzada silah istehsalı müəssisələrinin olmamasına əmin olunmalıdır.
Netanyahu HƏMAS bu şərtləri yerinə yetirməzsə, “əsl xaosun başlayacağını” bildirib.