ABŞ Venesuela sahillərində narkotik daşıdığı iddia edilən gəmini vurub, nəticədə göyərtəsində olan 6 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bunu oktyabrın 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyatı gəminin narkotik maddə daşıdığını və onun qanunsuz narkotik-terror şəbəkələri ilə əlaqəli olduğunu təsdiqləyib.
Tramp TruthSocial sosial media platformasında yazıb: "Zərbə beynəlxalq sularda baş verib və təyyarədə olan 6 kişi narko-terrorçunun ölümü ilə nəticələnib".
Amerika lideri onu da əlavə edib ki, əməliyyatda ABŞ hərbçilərindən xəsarət alan olmayıb.
QAZİLER.AZ