HƏMAS hərəkatı silahı yerə qoyacağına söz verib, əks halda bunu ABŞ edəcək
Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampa tərksilah olacağına söz verib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Amerika lideri bununla bağlı Ağ Evdə Argentina prezidenti Xavyer Miley ilə görüşü zamanı deyib.
"Onlar tərksilah olacaqlarını söylədilər. Əgər etməsələr, biz onları zorla tərksilah edəcəyik", - Tramp xəbərdarlıq edib.
O, bunu dəqiq necə edəcəyini açıqlamayacağını vurğulayıb. "Lakin HƏMAS nümayəndələri onun zarafat etmədiyini bilirlər".
QAZİLER.AZ