Almaniya kansleri otaq bitkisinə bənzədildi

Almaniya kansleri otaq bitkisinə bənzədildi backend

Almaniya kansleri Fridrix Merts arxada, otaq bitkiləri ilə bir sırada tək dayanıb, çünki heç kim onunla danışmaq istəmir. Müxalif sağçı "Almaniya üçün Alternativ" Partiyasının (AfD) həmsədri Alisa Vaydel Berlinin Qəzza danışıqları prosesindəki rolu barədə belə deyib.

Qaziler.az bildirirki, onun çıxışının videoyazısı "Welt" nəşrinin YouTube kanalında dərc olunub.

"Fridrix Merz orada tək dayanıb və heç kim onunla danışmaq istəmir. Onu arxa sıradakı otaq bitkisinin yanına qoyurlar", - dedi.

Siyasətçinin fikrincə, Almaniya bu danışıqlar prosesində “kənar müşahidəçi rolunu” öz üzərinə götürüb. O, həmçinin qeyd edib ki, Almaniya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli cəhdlərində sıfır  rol oynayır.

"Mən bu bacarıqsız hökumətə ümidimi itirmişəm. Almaniya federal hökuməti olaraq buna bənzər bir şeyi dəstəklədiyimiz bizim tariximiz üçün bir utancverici ləkədir", - dedi.

QAZİLER.AZ