HAMAS meyitləri təhvil vermədiyi üçün İsrail Qəzzaya daxil olan humanitar yardımları azaldacaq

HAMAS meyitləri təhvil vermədiyi üçün İsrail Qəzzaya daxil olan humanitar yardımları azaldacaq backend

İsrail Qəzzaya daxil olan humanitar yardımların sayını azaltmağı qərara alıb.

Apa “The Times of Israel”ə istinadən xəbər verir ki, Misir və Qəzza arasında olan sərhəd keçid məntəqəsi də bağlı saxlanılacaq.

İsrailin bu qərarının səbəbinin, HAMAS-ın bütün girovların meyitlərini təhvil verməməsi olduğu bildirilib.

Qərarın nə qədər qüvvədə qalacağı məlum deyil.

Qeyd edək ki, bundan əvvəl HAMAS bütün meyitlərin qaytarılmasının müəyyən vaxt apara biləcəyini bəyan etmişdi.

Təşkilatın sözlərinə görə, meyitlərin basdırıldığı yerlər dağıntılar nəticəsində itib və onları tapmaq çətinləşib.