Ukrayna prezidenti Volodimir Zelenski Odessa meri Qennadiy Truxanovun Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ukraynalı telemarafon aparıcısı Zelenski administrasiyasındakı mənbələrə istinadla məlumat verib. Qeyd olunub ki, Truxanov avtomatik olaraq mer postunu tutmaq hüququnu da itirib.
“Odessa şəhərinin meri Qennadi Truxanovun Ukrayna vətəndaşlığı ləğv edilsin. Bununla bağlı müvafiq sərəncamlar imzalanıb”, - jurnalist bildirib.
Bundan başqa, Ali Radanın keçmiş deputatı Oleq Tsarev və Xersondan olan balet artisti Polunina vətəndaşlıqdan məhrum ediliblər.
QAZİLER.AZ