BMT sülhməramlılarını Qəzza zolağına göndərir?

BMT sülhməramlılarını Qəzza zolağına göndərir? backend

Atəşkəs razılaşmasından sonra BMT sülhməramlılarının Qəzza zolağına göndərilməsi məsələsi vaxtından əvvəldir və anklavda vəziyyətin necə inkişaf etməsindən asılı olaraq bu məsələyə baxıla bilər.

Qaziler.az bildirir ki, bunu TASS-a BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakrua BMT-nin sülhməramlı qüvvələrinin tərkibində iştirak edən ölkələrin orduları komandirlərinin iclası çərçivəsində deyib.

"Bu barədə danışmaq hələ tezdir. İndi vacib olan odur ki, ilk addım atılıb – atəşkəs əldə olunub, girovlar və məhbusların mübadiləsi aparılıb. Ümid edirik ki, bu, qorunub saxlanılacaq", - Lakrua deyib.

QAZİLER.AZ