"Rusiyada qadınlar əhalinin ən aktiv və ən yaxşı təbəqəsidir".
Qaziler.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Vahid Rusiya Qadınlar Hərəkatı”nın sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Vahid Rusiya Qadınlar Hərəkatı”nın Ümumrusiya Forumunun plenar iclasında deyib.
"Ümumiyyətlə qadınların rolu çox böyükdür. Ona görə də, şübhəsiz ki, partiyadaşlarımızın əksəriyyəti qadınlardır. Və bu, tamamilə təbiidir, çünki qadınlar bizim əhalinin ən fəal təbəqəsidir. Və təbii ki, ən yaxşısı", - Medvedev bildirib.
O qeyd edib ki, “Vahid Rusiya”nın ilkin şöbələrinin demək olar ki, üçdə ikisinə qadınlar rəhbərlik edir. Partiya sədri kürsüdən çıxış edərək qadınlara ölkə və partiya üçün etdikləri hər şeyə görə ürəkdən təşəkkür edib.
QAZİLER.AZ